Azərbaycan

“Pul verməsən, səni yüz faiz həbs edəcəyəm” - "Meydan TV işi" üzrə istintaq aparan 23 yaşlı müstəntiq rüşvətlə ittiham olunur

"Meydan TV" əməkdaşlarına qarşı açılan cinayət işi üzrə istintaq qrupunun üzvü, cəmi 23 yaşı olan müstəntiq Fərid Şükürlü bu dəfə başqa bir iş üzrə müxtəlif ittihamlarla gündəmdədir. Turizm sahəsində çalışan və hazırda həbsdə saxlanılan Leyla İbrahimova bildirir ki, rüşvət vermədiyi üçün Fərid Şükürlü tərəfindən ona qarşı saxta ittihamlar irəli sürülüb, polis idarəsində fiziki və psixoloji zorakılığa məruz qalıb.

Azərbaycan-Rusiya münasibətlərinin soyuqlaşması

Azərbaycan-Rusiya münasibətlərinin soyuqlaşması: Təyyarə qəzası sükutu, parad boykotu və hakimiyyətin "ehtiyat məsafəsi"

Bakı-Kreml münasibətlərində əvvəlki istilik yoxa çıxıb. Bunu həm müstəqil politoloq Zərdüşt Əlizadə, həm də hökumətə yaxın Elxan Şahinoğlu fərqli arqumentlərlə təsdiqləyir. Sadəcə yanaşma fərqlidir - biri təhlükəli yaxınlığı tənqid edir, digəri məsafənin strateji əsaslarını vurğulayır.

Feminist Sülh Kollektivindən Tofiq Yaqubluya məktub

Tofiq Yaqubluya həsr edilmiş məktub trilogiyası: "Əgər bu ölkədə şəhidlik hələ də bir dəyərdirsə Tofiq Yaqublu bu xalqın əsl şəhididir"

Feminist Sülh Kollektivi Tofiq Yaqubluya həsr edilmiş məktub trilogiyası yayımlayıb. Birinci məktub Tofiq Yaqublunun şəxsi mübarizəsinə və əzminə həsr olunub, ikinci məktub Azərbaycan xalqına, cəmiyyətin bu hadisəyə münasibətinə və məsuliyyətinə diqqət çəkmək üçündür, üçüncüsü isə gələcəkdə bu hadisələri öyrənəcək olanlara ünvanlanıb.

Ən Populyar

OSZAR »